Qubada yeniyetmələr arasında taekvondo üzrə “Koreya səfiri kuboku” yarışı keçiriləcək
Oktyabrın 1-2-də Qubada yeniyetmələr arasında taekvondo üzrə növbəti “Koreya səfiri kuboku” yarışı keçiriləcək.

Koreya Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə təşkil ediləcək yarışda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin 2003-2005-ci il təvəllüdlü yeniyetmə idmançıları dayanq üzərinə çıxacaq.

Qalib taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Yarış Qubadakı Olimpiya İdman Kompleksində “Daedo İnternational” taekvondo sistemi ilə keçiriləcək və video təkrar tətbiq olunacaq.

Yarışların açılış mərasimi oktyabrın 2-də keçiriləcək.

Xəbər 966 dəfə oxundu.