Atçılıq idmanı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib.

Baş hakim İradə Heydərovanın rəhbərliyi ilə yarışlar 100–120 və 120–140 santimetr hündürlüyə tullanmaqla maneələrin dəf olunması üzrə keçirilib.

Yarışlarda 20 idmançı 11 atla iştirak edib. 100–120 santimetr hündürlüyə tullanma üzrə yarışda Səməd Əliverdiyev “Hollywood IV” ləqəbli atla birinci, Kənan Əhmədov “Bəyazit” ləqəbli atla ikinci, Həzrət Salayev “Voltram” ləqəbli atla üçüncü olub. Həzrət Salayev “Voltram” ləqəbli atla 120–140 santimetr hündürlüyə tullanma üzrə yarışı birinci, Cavidan Qəhrəmanlı “Rodriqo” ləqəbli atla ikinci, Ramil İbrahimov isə “Samur” ləqəbli atla üçüncü pillədə başa vurub.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.

Xəbər 1668 dəfə oxundu.