“Qəbələ” komandası “Sumqayıt”a qalib gələrək çempionatda liderliyi ələ keçirib
Sentyabrın 22-də futbol üzrə Topaz Premyer Liqasının üçüncü turunun təxirə salınmış görüşündə “Qəbələ” komandası “Sumqayıt”a iki cavabsız qolla qalib gəlib.

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşmada qalib gələn meydan sahibləri çempionatda liderliyi ələ keçiriblər.

Hər iki qol oyunun son dəqiqələrində vurulub. Çempionatın bombardiri Baqali Dabo matçın 85-ci və 90-cı dəqiqələrində dubl edərək komandasına qələbə qazandırıb. Futbolçu aktivindəki qolların sayını altıya çatdırıb.

Bu qələbə sayəsində baş məşqçi Roman Qriqorçukun komandası 13 xalla liderliyə yüksəlib. “Sumqayıt” isə dörd xalla altıncı pillədə qərarlaşıb.

Xəbər 791 dəfə oxundu.