Stolüstü tennis üzrə rayon birinciliyi keçirilib
19-20 sentyabr tarixlərində Daşkəsən rayon Uşaq Gənclər İdman Məktəbində 21 sentyabr Beynəlxalq Sülh günü münasibəti ilə ümumtəhsil məktəbliləri arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilib.

32 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi Beynəlxalq Sülh gününün qeydolunması, rayonda idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsi olub.

Yekun nəticələrə görə Bəhruz Əlizadə birinciyə, Elşən Məmmədov ikinciyə, Məhərrəm Hüseynov üçüncü yerə layiq görülüblər

Sonda qalib idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medalla təltif olunublar.

Xəbər 697 dəfə oxundu.