Bakı Olimpiya Stadionunda “skybox”ların xidmət qiymətləri açıqlanıb
Futbol üzrə Azərbaycan milli komandasının Norveçlə 2018-ci il dünya çempionatının seçmə qrup oyununu keçirəcəyi Bakı Olimpiya Stadionunda “skybox”ların qiyməti açıqlanıb.

Ən kiçik “skybox” 14, ən böyüyü isə 32 nəfərlikdir.

“Skybox”ları əldə edəcək şəxslər stadiona xüsusi giriş, müxtəlif menyu seçimi, yüksək səviyyəli xidmət və oyunun rəsmi proqramını hədiyyə olaraq əldə edəcəklər. “Skybox”larda televizor, soyuducu, kondisioner, ayaqyolu və pulsuz WIFI xidməti var. Hər bir “skybox”da qonaqlara bir barmen və bir ofisiant xidmət göstərir. Müştərinin seçiminə əsasən menyu spirtsiz içkilər və qəlyanaltılar və ya isti yeməklər, spirtli və spirtsiz içkilərdən ibarət ola bilər.

On dörd nəfərlik “skybox”da spirtsiz içkilər və qəlyanaltılar 980, isti yeməklər, spirtli və spirtsiz içkilər isə 2520 manat təşkil edir. Bu qiymət 15 nəfərlik “skaybox”da 1050 manat və 2700 manatdır. 20, 25 və 32 nəfərlik “skybox”larda isə yalnız spirtsiz içkilər və qəlyanaltılar təqdim edilir. Qiymətlər müvafiq olaraq 1400 manat, 1750 manat və 2240 manatdır.

Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək Azərbaycan - Norveç oyunu saat 20:00-da başlayacaq.

Xəbər 709 dəfə oxundu.