“Bavariya” Robert Levandovski ilə müqaviləni yeniləyəcək
“Bavariya” klubu futbolçusu Robert Levandovski ilə müqaviləni yeniləyəcək.

Artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, polşalı hücumçu ilə 5 illik yeni müqavilə imzalanacaq.

R.Levandovskinin yeni müqavilə imzaladıqdan sonra klubun ən yüksək maaşlı oyunçusu olacağı iddia edilir.

Qeyd edək ki, “Bavariya”da hazırda ən yüksək maaşı Tomas Müller alır. O, ilinə 15 milyon avro qazanır.

Xəbər 663 dəfə oxundu.