Azərbaycan Tailandla üz-üzə gələcək
Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatı davam edir. Bu gün Azərbaycan milli komandası 1/8 finalda Tailandla üz-üzə gələcək.

İlk dəfə mundiala qatılan Miltinyonun çalışdırdığı yığmamız qrupdan çıxmaqla artıq DÇ-2016-da özündən söz etdirməyi bacarıb. İndi komandamız yeni tarix yazmaq imkanına malikdir.

Xatırladaq ki, komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmiş, növbəti oyunda isə İspaniya yığmasına məğlub olmuşdu – 2:4. Son oyununda İranla 3:3 hesablı bərabərliyə razılaşan komandamız qrup ikincisi kimi 1/8 finala çıxmışdı.

DÇ-2016
1/8 final
23 sentyabr

02:30. Azərbaycan - Tailand
Medellin. "Coliseo Ivan de Bedout" idman kompleksi.

Xəbər 675 dəfə oxundu.