Fiorentinada Qarabağla oyun öncəsi ciddi itki
İtaliyanın "Fiorentina" klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyun öncəsi ciddi itki ilə üzləşib. Florensiyalıların aparıcı müdafiəçisi Davide Astori sıradan çıxıb.

O, A Seriyasının 4-cü turunda "Roma" ilə ev oyununda zədələnib. Böyük ehtimalla o, komandasının "Udineze", "Milan", eləcə də "Qarabağ"la oyununda meydana çıxmayacaq.

Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" oyunu sentyabrın 29-da keçiriləcək.

Xəbər 742 dəfə oxundu.