“Spartak”dan “Tom”a
Moskva “Spartak”ının azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov özünə yeni komanda tapıb. İdman.com.az saytının məlumatına görə, 19 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Tom” klubunda çıxış edəcək. Həmyerlimiz keçidi ilə bağlı Rusiya mətbuatına bunu deyib:

““Tom”a keçidim ən son məqamda baş verdi. Klubumda vəziyyət aydın deyildi. Hər şey müəyyənləşəndən sonra isə “Tom”a icarəyə verildim. Bu komandayla danışıqları menecerim aparıb. Yaxın günlərdə komandanın baş məşqçisi və rəhbərliyi ilə görüşəcəyəm”.

Həmyerlimiz inandığını bildirib ki, “Tom”da uğurla çıxış etsə, o zaman yenidən ”Spartak”a qayıdacaq.
Futbolçunun yeni komandası Rusiya Premyer Liqasında hazırda sonuncu pillədə qərarlaşıb. Mahmudovun fikrincə, komandanın yüksək liqada qalması üçün hələ imkanlar var.

Xəbər 1018 dəfə oxundu.