Birinci Divizion klublarının da cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Aparılan müzakirələrdən sonra Birinci Divizionun 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – MOİK matçında MOİK-in futbolçusu Müşfiq Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Ağsu” – “Mil-Muğan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Xəbər 760 dəfə oxundu.