Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
Azərbaycan millisi “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb.

Üzgüçümüz Dmitri Saley 50 metr məsafəyə sərbəst üsulla yarışların finalında məsafəni 24,29 saniyəyə qət edərək ikinci olub.

Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on doqquz üzgüçü üç qrupda mübarizə aparıb. İlk qrupda çıxış edən D.Saley məsafəni 24,40 saniyəyə üzərək birinci olub.

Atletimiz bundan əvvəl Rio Paralimpiadasinda 100 metrə brass üsulla üzmədə gümüş medal qazanıb.

Beləliklə, Paralimpiya millimizin “Rio-2016”da qazandığı medalların sayı ona çatıb.

Xəbər 2067 dəfə oxundu.