UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb
UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb.

Bu ada “Barselona”nın argentinalı hücumçusu Lionel Messi layiq görülüb.

UEFA-nın keçirdiyi sorğuda 29 yaşlı futbolçu bütün rəqiblərini qabaqlayıb. Messi azarkeşlərin 38 faiz səsini toplayıb. Nəticədə o, ən yaxın izləyiciləri Coşua Kimmix (“Bavariya”, 27 faiz) və Riyad Mahrezdən (“Lester”, 15 faiz) üstün olub.

İlk beşlikdə Arkadiuş Milik (“Napoli”, 9 faiz) və Serxio Aquero (“Mançester Siti”, 6 faiz) da yer alıb.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Seltik”lə qarşılaşmada Messi aktivinə 3 qol və 1 ötürmə yazdıraraq, komandasının 7:0 hesablı qələbəsində mühüm rol oynayıb.

Xəbər 750 dəfə oxundu.