Mixail Tal Memorialında azərbaycanlı qrossmeyster də iştirak edəcək
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qarşıdakı X Mixail Tal Memorialında iştirak edəcək on şahmatçı siyahısına daxil olub.

Turnir sentyabrın 26-dan oktyabrın 6-dək Moskvada, Rusiya İmpressionizm Muzeyində keçiriləcək. İştirakçılar doqquz partiya oynayacaq. Azərbaycanlı qrossmeyster ilə yanaşı, ən yaxşı şahmatçı adı uğrunda sabiq dünya çempionu Vladimir Kramnik, hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand, Niderlandın ikiqat çempion Aniş Qiri, 2009-cu il Dünya Kubokunun qalibi israilli Boris Gelfand, rusiyalı Pyotr Svidler, Yevgeni Tomaşevski, Yan Nepomnyaşi mübarizə aparacaqlar.

Beynəlxalq şahmat turnirinin ümumi mükafat fondu 200 min dollardır.

Xəbər 865 dəfə oxundu.