AFFA-nın baş katibi millimizin oyununu canlı izləyəcək
Azərbaycan milli komandasının bu gün Sinqapur yığması ilə keçirəcəyi qarşılaşmada AFFA rəhbərliyi də iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, qurumun baş katibi Elxan Məmmədov matçın keçiriləcəyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb.

O, bu gün səhər Bakını tərk edib. Məmmədov və Dubaya yollanan nümayəndə heyətinin tərkibində AzAL klubunun sabiq prezidenti Vaqif Qasımov da yer alıb.
Qeyd edək ki, yığmamızın bugünkü yoxlama oyunu saat 17:30-da başlayacaq.

Xəbər 1086 dəfə oxundu.