Azərbaycan kikboksçusu “Çempionlar çempionu” titulu uğrunda mübarizə aparacaq
Azərbaycan kikboksçusu Kamil Şərifov növbəti döyüşünə çıxacaq.

Kikboksçumuz Almaniya təmsilçisi Patrik Qeisler ilə “Çempionlar çempionu” titulu uğrunda görüşdə qarşılaşacaq.

Döyüş sentyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.

Qeyd edək ki, təmsilçimiz Kamil Şərifov 4 qat dünya, 11 qat Azərbaycan çempionu və dünya kubokunun sahibidir.

Xəbər 1291 dəfə oxundu.