İspaniya millisi Bakıda Latviya yığmasının qapısından 18 cavabsız top keçirib
Sentyabrın 15-də Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunun oyunlarına start verilib.

Bakı Olimpiya Stadionunda İspaniya millisi Latviya yığması ilə qarşılaşıb.

Kiprli baş hakim Çiriso Georgiounun idarə etdiyi oyunda İspaniya millisi 18:0 hesablı qələbə qazanıb.

Qrupda yer alan Azərbaycan millisi saat 19:00-da Ukrayna komandası ilə üz-üzə gələcək.

Xəbər 634 dəfə oxundu.