Yunan-Roma güləşi üzrə Azərbaycan yığması dünya ikincisi olub
Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

İlk iki yarış günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan Azərbaycan yığma komandası çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza 46 kiloqram çəkidə mübarizə aparan Fail İsgəndərov qazandırıb. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Zaur Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıblar.

Komanda hesabında 63 xal toplayan Azərbaycan yığması dünya çempionatını ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması isə üçüncü pilləni tutub.

Xəbər 780 dəfə oxundu.