2018-ci ildə Avropa Superkubokunun matçı Tallinndə oynanılacaq
Futbol üzrə Avropa Superkubokunun 2018-ci ildə keçiriləcək oyununa ev sahibliyi edəcək şəhər müəyyənləşib.

Həmin il keçiriləcək Çempionlar Liqasının finalını Kiyevə həvalə edən UEFA Superkubok matçının Estoniyada keçirilməsinə qərar verib. Matç Tallinndəki “A Le Kok Arena”da oynanılacaq.

Stadionun azarkeş tutumu 15 min nəfərdir. Bu, Superkuboka ev sahibliyi edəcək ən az tutumlu arena kimi tarixə düşəcək.

Xəbər 702 dəfə oxundu.