“Rio-2016”: Azərbaycanın paralimpiya millisi medal sıralamasında mövqeyini qoruyub
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının yeddinci günündə - sentyabrın 14-də daha bir gümüş medal qazanan Azərbaycan yığması 78 ölkə arasında 38-ci pillədəki mövqeyini qoruyub.

Komandamızın aktivində bir qızıl, altı gümüş və iki bürünc mükafat var.

Paralimpiadada 78 komandanın medal qazandığı siyahıda Çin liderliyini qoruyur. Çinlilər 75 qızıl, 58 gümüş və 39 bürünc medal qazanıblar. İkinci yerdə qərarlaşan Böyük Britaniya millisi 95 medala (43-24-28) sahib olub. İlk üçlüyü Ukrayna paralimpiyaçıları (31-23-27) tamamlayır.

Xəbər 1643 dəfə oxundu.