Azərbaycan yığması 3 pillə irəlilədi
FİFA dünya ölkələrinin yığma komandalarının yeni reytinq siyahısını açıqlayıb. Azərbaycan yığması sentyabr reytinqində irəliləyib.

Belə ki, 3 pillə önə keçən komandamız hazırda 133-cüdür. Yığmamızın hesabında 252 reytinq xalı var.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan komandaların sıralamadakı mövqeyi isə belədir: Almaniya (3, 1347), Şimali İrlandiya (30, 798), Çexiya (33, 762), Norveç (70, 487) və San Marino (201, 17).

Qeyd edək ki, ötən ayın ən yaxşı nəticəsinə 35 pillə irəliləyərək 75-ci sıraya yüksələn Boliviya imza atıb. Ən pis göstərici isə Mərkəzi Afrika Respublikasına məxsusdur. Bu ölkənin yığması 35 pillə geriləyib və 87-ci pillədə 122-yə düşüb.

İlk onluq isə belədir: Argentina (1646), Belçika (1369), Almaniya (1319), Kolumbiya (1323), Braziliya (1323), Çili (1284), Portuqaliya (1228), Fransa (1188), Uruqvay (1173) və Uels (1161).

Xəbər 799 dəfə oxundu.