Taranova finala yüksələ bilmədi
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

Bu gün Azərbaycanın daha bir idmançısı - Yelena Taranova da növbəti sınağına çıxıb.

O, 50 metr məsafəyə qarışıq növdə atəşaçma yarışlarında gücünü sınayıb. Amma təsnifat yarışında 503 xal toplaya bilən Yelena 34 idmançı arasında 27-ci olub və finala çıxa bilməyib.

Xəbər 1375 dəfə oxundu.