“Qəbələ”nin forvardına yaşıl işıq
Unibank Premyer Liqasının XXI turu çərçivəsində “Xəzər Lənkəran” klubu ilə qarşılaşmada forma geyinən “Qəbələ”nin hücumçusu Yannik Kamanan, komandasının heyətində 2-ci oyununda başından zədələnib. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın sonlarına yaxın baş verən bu hadisədən sonra fransalı forvard tibbi müayinədən keçirilib. Fizioterapevti Seçkin Pişkinin sözünə əsasən, Kamananın zədəsi ciddi deyil və o, heyətə verilən iki günlük istirahətdən sonra komanda ilə birlikdə məşqlərə qatılacaq.

Xəbər 1032 dəfə oxundu.