Qurban Qurbanov Neftçinin 0:8 facəsindən danışdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabiq komandası “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətinə münasibət bildirib. O, bunları söyləyib:

"Məni hansısa klub yox, Azərbaycan futbolu narahat edir. Həm “Qəbələ”, həm də “Neftçi” bizim çempionatdakı rəqibimizdi. Bizim işimiz öz oyunumuza fikir verməkdi. Hər klubun öz rəhbərliyi var. Bizim müdaxilə etməyimiz düz çıxmaz, hörmətsizlik olar. Bəzən belə məğlubiyyətlərin komanda və klub üçün böyük faydası olur".

Xəbər 845 dəfə oxundu.