Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru mükafatlandırılıb
Əminliklə söyləmək olar ki, Bakı Şahmat Olimpiadası uzun müddət yaddaşlarda qalacaq.

Bu fikri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ali şahmat qurumunun 87-ci Konqresinin iştirakçılarının şərəfinə verilən ziyafətdə çıxış edərkən deyib.

FIDE prezidenti 42-ci Ümumdünya Şahmat Olimpiadasının uğurla keçirildiyini vurğulayaraq bu mötəbər turnirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Bu baxımdan Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin fəaliyyətini xüsusi vurğulayan Kirsan İlyumjinov qeyd edib: “2016-cı ildə nümayəndələrimiz hazırlıq prosesi ilə tanışlıq üçün mütəmadi olaraq Azərbaycana səfər ediblər. Hər dəfə onlar Əməliyyat Komitəsinin yorulmadan iş apardığını deyirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya görür. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova FIDE adından minnətdarlığımı bildirirəm”.

Sonra FIDE prezidenti Bakı Şahmat Olimpiadasının yüksək səviyyədə təşkilində və şahmatın inkişafında xidmətlərinə görə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova xüsusi mükafat təqdim edib.

Xəbər 670 dəfə oxundu.