Mahir Məmmədov: «Levon Aronyanı öz evimdə də qəbul edə bilərəm»
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla müsahibəsinin ilk öncə qısa variantını dərc edən Rusiyanın chess-news.ru saytı müsahibənin tam variantını da yerləşdirib. İdman.com.az saytının məlumatına görə, əsasən namizədlərin turniri ətrafında aparılan bu müsahibə bir sıra maraqlı məqamları ilə diqqəti çəkirdi. Xüsusən də ermənistanlı şahmatçı Levon Aronyanın Bakıya gəlişdən imtina etməsi ilə.

Müsahibəni götürən E.Surovun «Siz Bakının ərizəsini verəndə düşünürdünüzmü ki, Levon Aronyanı gəlməyə razı sala bilərsiniz, yoxsa başa düşürdünüz ki, ehtiyat aerodrom axtarmalı olacaqsınız?» sualına cavabında M.Məmmədov deyib:
«5-nin 50-yə. Biz Levon Aronyan»a yüksək səviyyəli şahmatçı və korrekt idmançı kimi hörmət bəsləyirik. Son ana qədər ümid edirdim ki, o bu prosesə öz baxışlarını dəyişib. Çünki həyat gedir və özü də yaxşı istiqamətdə. Müxtəlif bloqlarda, forumlarda nə desələr də, erməni və Azərbaycan nümayəndələrinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərləri mövcuddur. Mən, məsələn, indi təyyarədən düşürəm və ona əyləşməzdən öncə üç parlamentarimizin Yerevana müəyyən missiya ilə yollanması barədə xəbəri oxudum.

Yəni işlər gedir. Anlayıram ki, bizim parlamentariləri hava limanında hər hansı fitlərlə də qarşılaya bilərlər. Hər şey ola bilər və bundan qaçmaq mümkün deyil. Lakin nəsə etmək lazımdır. Nə üçün də Levon Aronyan bu sülh prosesinin təşəbbüskarlarından birinə çevrilməsin? Aronyanın gəlişi boksçuların gəlişi deyil. Bu, əsasən vəziyyətin yaxşılaşmasına təsir edə bilərdi. Doğrudur, düşünürəm ki, Levon Aronyan deyəcək: «Nə üçün mən? Nə üçün məhz məndən başlanmalıdır. Nə üçün məhz mənim bu sikldə çıxışım qurban verilməlidir». Düşünmürəm ki, bu, belədir. Yenə də təkrarlanıram ki, yüksək səviyyəli şahmatçı kənar fikirlərdən qaçıb normal çıxış edə bilər. Şərait ən yüksək səviyyədə ola bilər. Mən onu öz evimdə də qəbul edə bilərəm».

Xəbər 1133 dəfə oxundu.