Azərbaycan üzgüçüsü XV Yay Paralimpiya Oyunlarının finalında yarışı 7-ci yerdə başa vurub
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının beşinci günündə finala yüksələn Azərbaycan üzgüçüsü Roman Saley yarışı 7-ci yerdə başa vurub.

400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan atleti Roman Saley finalda məsafəni 4:19,34 saniyəyə qət edərək yeddinci olub.

Xatırladaq ki, R.Saley üzgüçülüyün batterflay növündə 100 metr məsafəyə üzmə yarışlarında dördüncü olmuşdu.

Xəbər 1308 dəfə oxundu.