Dünya çempionatı-2012 London ictimaiyyətində
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət dünya çempionatı haqda Londonda məlumat verilib. İdman.com.az saytının məlumatına görə, İngiltərənin paytaxtında keçirilmiş ənənəvi Beynəlxalq Neft Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən təşkil olunan qəbulda “FİFA U-17 qızlararası dünya çempionatı Azərbaycan 2012” ilə bağlı stendlər quraşdırılıb, çap məhsulları nümayiş olunub və turnir barədə iştirakçılara məlumat verilib.
Qeyd edək ki, ARDNŞ, Xalq Bank və Bakcell şirkəti payızda başlayacaq dünya çempionatının yerli tərəfdaşlarıdır.

Xəbər 1079 dəfə oxundu.