Cüdoçumuz Rövşən Səfərov Rio Paralimpiadasının bürünc medalı uğrunda yarışacaq [YENİLƏNİB]
Rövşən Səfərov bürünc medal uğrunda təsəlliverici görüşdə argentinalı Xose Effrona qalib gəlib. Üçüncü yer uğrunda görüşdə cüdoçumuz Böyük Britaniya təmsilçisi Conatan Drane ilə qarşılaşacaq.

Rövşən Səfərov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq. Onun ilk rəqibi argentinalı Xose Effron olacaq.

İlk görüşdə məğlub olan cüdoçumuz Səbinə Abdullayeva da təsəlliverici görüşlərdə iştirak edəcək. İdmançımız çinli Lijinq Vanq ilə qarşılaşacaq.

Rövşən Səfərov Ukrayna idmançısı Aleksandr Kosinova məğlub olub. Rəqib finala yüksələrsə, cüdoçumuz təsəlliverici görüşlərə qatılacaq.

Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

Yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz belaruslu Aleksandr Kazlovdan üstün olub.

Cüdoçumuzun növbəti rəqibi Ukrayna idmançısı Aleksandr Kosinov olacaq.

Xəbər 1497 dəfə oxundu.