Azərbaycan atleti “Rio-2016”nın finalına yüksəlib
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycana atleti Yelena Çebanu finala yüksəlib.

Atletimiz 100 metr məsafəyə qaçış yarışlarının yarımfinala mərhələsində ikinci qrupda mübarizə aparıb. Məsafəni 11,81 saniyəyə qət edən Y.Çebanu mozambikli Edmilsa Qoverno, braziliyalı Alisya de Olviere Korrea və Çin idmançısı Yaqin Çeni qabaqlayaraq birinci olub və finala yüksəlib.

Xəbər 771 dəfə oxundu.