Cüdoçumuz Rövşən Səfərov Rio Paralimpiadasına qələbə ilə başlayıb
Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

Yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz belaruslu Aleksandr Kazlovdan üstün olub.

Cüdoçumuzun növbəti rəqibi Ukrayna idmançısı Aleksandr Kosinov olacaq.

Xəbər 784 dəfə oxundu.