“Rio-2016”: Azərbaycan atıcısı finala yüksəlib
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çıxış edən Yelena Taranova finala yüksəlib.

19 atıcının iştirak etdiyi təsnifat mərhələsində idmançımız 370 xal toplayaraq ümumi sıralamada 5-ci olub və növbəti mərhələyə adlayıb.

Final mərhələsində idmançımızın rəqibləri İran, Türkiyə, Makedoniya, Macarıstan və Ukrayna atıcıları olacaq.

Xəbər 904 dəfə oxundu.