“Qəbələ” klubunun “Dinamo” ilə oyunlarının vaxtı dəqiqləşib
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının birinci mərhələdə keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

Rusiyanın “Dinamo” (Moskva) klubu ilə ilk qarşılaşma sentyabrın 21-də keçiriləcək. Öncədən sentyabrın 28-nə planlaşdırılan matçın vaxtı dəyişdirilib və 1 həftə əvvəl baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda keçiriləcək və matç saat 19:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu oktyabrın 19-da baş tutacaq. Qarşılaşma Ximkidəki “Rodina” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xəbər 1043 dəfə oxundu.