Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək | |
Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək. İlk oyun günündə bir görüş baş tutacaq. Son ölkə çempionu "Qarabağ" AZAL-la qarşılaşacaq. Öz arenasında təmir işləri gedən Ağdam klubu "təyyarəçilər"i də Masazırdakı "Əlincə Arena"da qəbul edəcək. Topaz Premyer Liqası 4-cü tur 9 sentyabr (cümə) 18:30. “Qarabağ” – AZAL Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov. Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov. Maszır. “Əlincə Arena”. Turun digər oyunları: 10 sentyabr (“Neftçi” – “Qəbələ”), 11 sentyabr (“Kəpəz” – “Zirə”, “Sumqayıt” – “İnter”). |
|
Xəbər 828 dəfə oxundu. |
|
|