Ruslan Qurbanov "Neftçi"dən ayrılaraq "Qəbələ"yə keçdi | |
Məlum olduğu kimi, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov avqustun son günlərində gözlənilmədən "Neftçi"dən ayrılaraq "Qəbələ"yə keçdi. Həmin günlərdə millinin toplanışında olan futbolçu şəxsi əşyalarını "Neftçi"nin bazasında qoyubmuş. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunundan sonra "Neftçi"nin bazasına gələn və əşyalarını götürmək istəyən Qurbanovu içəri buraxmayıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları ona bazaya girməyin qadağan edildiyini bildiriblər. Ruslan AFFA-nın baş katibi Elxan Məmmədova şikayət edəcəyini bildirəndən sonra onun əşyalarını götürməsinə şərait yaradılıb. |
|
Xəbər 798 dəfə oxundu. |
|
|