Qəbələ Neftçi ilə oyunun hazırlığına start verdi
“Qəbələ” Topaz Premyer Liqasının 4-cü turunun hazırlığına start verib. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya yollanan “qırmızı-qaralar” vətənə qayıtdıqdan sonra ilk məşqinə çıxıb.

Hazırlıqlarını paytaxtda davam etdirən komanda bu gün Bakı Olimpiya Stadionunda məşq edib. Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular toplu çalışmalara üstünlük verib. “Neftçi” ilə sentyabrın 10-da qarşılaşacaq “Qəbələ” oyunöncəsi son məşqini sentyabrın 9-da keçirəcək.

Xatırladaq ki, 4-cü turun “Neftçi” – “Qəbələ” matçı “Əlincə Arena”da baş tutacaq. Sentyabrın 10-da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Xəbər 809 dəfə oxundu.