Saley qardaşları XV Yay Paralimpiya Oyunlarının finalına yüksəlib
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycan üzgüçüləri uğurla çıxış edərək finala yüksəliblər.

100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışlarında iştirak edən Dmitri və Roman Saley qardaşları təsnifat mərhələsində ilk səkkizlikdə yer alıblar.

İyirmi atletin yer aldığı təsnifat mərhələsində Dmitri Saley ikinci, Roman Saley isə üçüncü qrupda mübarizə aparıb. D.Saley məsafəni 58,83 saniyəyə qət edərək qrupda ikinci, R.Saley isə 58.40 saniyəlik nəticə ilə üçüncü olub.

Xəbər 1390 dəfə oxundu.