Xətai rayonunda səyyar futbol meydançası quraşdırılıb
Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılıb.

Meydança təmənnasız olaraq məhəllə sakinlərinin ixtiyarına verilib. Səyyar meydança 2 həftə ərzində həmin ünvanda olacaq.

Qeyd edək ki, səyyar meydança AFFA-nın “Facebook” səhifəsinə daxil olmuş müraciət əsasında quraşdırılıb.

Xəbər 798 dəfə oxundu.