“Bakıda əvəz çıxacağımıza inanıram”
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç, Çellenc kubokunun 1/4 final mərhələsində Çex Respublikasının “Brno” komandası ilə ilk matçdan sonra fikirlərini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis 2:3 hesabı ilə uduzmalarına baxmayaraq, çempion olacaqlarına inanır.

Çalışdırıcı, Bakıdakı cavab matçında lazımı qələbəni qazanacaqlarına böyük ümid bəsləyir: “Məqsədimiz kuboku qazanmaqdır. Mən bu komandadan 2 voleybolçu və baş məşqçini tanıyıram. Ancaq daha dəqiq informasiyanı ilk oyunda əldə etdik. Bunun nəticəsi olaraq, Bakıda yaxşı oyunu nümayiş etdirib, bizə lazım olan nəticəni qazanacağıq”.

Xəbər 1000 dəfə oxundu.