Azərbaycanın U-21 komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində “Dalğa Arena”da Azərbaycan və Farer adaları yığmaları qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Mahir Mədətov vurub.

Azərbaycan U-21 yığması seçmə mərhələnin 7-ci qrupunda 4-cü yerdə qərarlaşıb. Yığmamız son oyununu oktyabrın 7-də səfərdə Finlandiya komandasına qarşı keçirəcək.

Xəbər 639 dəfə oxundu.