Almaniya yığmamızın yer aldığı qrupda liderliyini möhkəmləndirdi
Azərbaycanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsindəki yer aldığı 7-ci qrupda bu gecə daha bir oyun baş tutub. Qrup lideri Almaniya səfərdə Finlandiya ilə qarşılaşıb.

Oyun 1:0 hesabıyla almanların xeyrinə başa çatıb. İktisiz irəliləyən Almaniya maksimum nəticə ilə - 24 xalla qrup liderliyini bir qədər də möhkəmləndirib.

Qeyd edək ki, bu gün həm də Azərbaycan yığması doğma meydanda Farer adaları ilə, Rusiya isə Avstriyayla 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Xəbər 874 dəfə oxundu.