Çimərlik futbolu üzrə Azərbaycan millisi Dünya Kubokunun ikinci raunduna yüksəlib
Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci ildə təşkil olunacaq dünya kubokunun Avropa komandaları arasında seçmə mərhələsində üçüncü oyununu keçirib.

İtaliyanın Yezolo şəhərində oynanılan qarşılaşmada rəqib Bolqarıstan yığması olub. Azərbaycan millisi 4:1 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurublar.

Bununla da 6 xalla “G” qrupunda ikinci yeri təmin edən millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.

Xəbər 735 dəfə oxundu.