Yunanıstanın PAOK klubu Avroliqa üçün heyətini açıqladı
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Yunanıstanın PAOK klubu bu turnir üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Baş məşqçi Vladimir İliç siyahıya 29 futbolçunun adını daxil edib:

Qapıçılar: Markos Vellidis, Jelko Brkiç, Panayotis Qlikos, Marios Simbanis;

Müdafiəçilər: Leo Matos, Marin Leovats, Setllios Malezas, Xose Anxel Krespo, Dmitri Yannulis, Giorgos Tsavellas, Fernandu Varela, Axilleas Piqquras, Stelios Kitsiu;

Yarımmüdafiəçilər: Xarilaos Xarisis, Qoyko Çimirot, Dieqo Bisesvar, Qarri Rodriqes, Yannis Mistakidis, Yevgeni Şaxov, Nikoas Korovesis, Panayotis Deliyannidis, Dimitris Pelkas, Tasos Dimitriadis, Xose Kanyas;

Hücumçular: Mame Baba Tiam, Calma Kampuş, Fakundo Pereyra, Eftimi Kuluris, Stefanos Atanasiadis.

Xəbər 820 dəfə oxundu.