Yaşar Vahabzadə Zirənin futbolçusunu millidən uzaqlaşdırdı
Avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Məlumatda bildirilir ki, hazırlıq prosesi ərzində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etdiyi üçün Adil Nağıyev (“Zirə”) baş məşqçi Yaşar Vahabzadənin qərarına əsasən yığmanın toplanışından kənarlaşdırılıb və klubunun düşərgəsinə göndərilib.

Xəbər 861 dəfə oxundu.