Dünya çempionatına hazırlaşan futzal üzrə Azərbaycan millisi yoxlama oyununda qələbə qazanıb
Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan millimiz 8:1 hesabı ilə qələbə qazanıb. Oyunda Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqləniblər.

Komandalar arasında növbəti oyun sentyabrın 3-də “ABU Arena”da keçiriləcək.

Xəbər 694 dəfə oxundu.