Gənc cüdoçularımız Avropa çempionatına hazırlaşırlar
Sentyabrın 16-18-də İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək. Fərdi və komanda şəklində keçiriləcək yarışda cüdo üzrə Azərbaycan milli komandası da təmsil olunacaq.

Hal-hazırda milli komandamız Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılğı altında təlim-məşq toplanışında iştirak edir.

Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.

Xəbər 813 dəfə oxundu.