Faiq Qarayev: “Bu hələ son deyil”
“Gərgir bir görüş oldu. Əsasən top qəbulunda lazımı oyunu göstərə bilmədik”. İdman.com.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Faiq Qarayev deyib. O, Avropa Çempinlar Liqasının 1/4 final mərhələsinin dünən keçirilmiş ilk oyununda Kazan “Dinamo”suna 1:3 hesablı məğlubiyyətdə komandasından razı qalmayıb. Lakin təcrübəli mütəxəsis bildirib ki, hələ qarşıda cavab matçı var: “Rəqibimiz bu qələbə ilə yaxşı şansa malik olub. Lakin bu, son deyil. Qarşıda cavab oyunu var və həmin görüşdə “Dördlər finalı”na yüksəlmək üçün mübarizə aparacağıq”.

Xəbər 1230 dəfə oxundu.