Könül Mehtiyevaya UEFA-dan təyinat
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin Albaniyada keçiriləcək 4-cü qrupunun oyunlarına təyinat alıb. O, sentyabrın 14-dən 19-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda Şotlandiya, Serbiya, Kipr və Albaniya yığmaları mübarizə aparacaq.

Xəbər 780 dəfə oxundu.