Elnur Cəfərov Xorvatiya klubunda
Azərbaycanın gənclərdən ibarət yığma komandasının hücumçusu Elnur Cəfərovun yeni iş yeri bəlli olub. 19 yaşlı futbolçu Xorvatiyanın 2-ci liqasında çıxış edən "Duqopolye" ilə anlaşıb.

Millimizin üzvü yeni klubu ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Elnur bu yay Portuqaliyanın "Tondela" klubu ilə müqavilə bağlasa da, rəsmi oyuna çıxmadan, cəmi bir ay sonra oradan ayrılmışdı.

Xəbər 851 dəfə oxundu.