Bakı Şahmat Olimpiadasına həsr olunan poçt markaları hazırlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC ənənəyə sadiq qalaraq, əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb.

“Azərmarka” MMC-nin hazırladığı növbəti markalar sentyabrın 1-də Bakıda start götürəcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.

Xatırladaq ki, ötən il “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” seriyasından hazırlanan poçt markası İtaliyada yayımlanan “L`arte del Francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilmişdi.

Xəbər 735 dəfə oxundu.