“Voleybolda hər hesab qeydə alına bilər”
“Biz çox pis oynadıq və belə bir nəticə gözləmirdik”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə”nin voleybolçusu Natalya Məmmədova deyib. Bakı klubunun kapitanı Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə ilk matçda məğlubiyyətə münasibət bildirib: “Bu voleyboldur, oyunda hər hesab qeydə alına bilər. Türkiyədə baş tutacaq cavab matçında əla çıxış edərək, çoxsaylı azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, dünən “Rabitə” ilk matçda evdə 0:3 hesabı ilə uduzub.

Xəbər 975 dəfə oxundu.